REGİONLAR


Şəkidə bu günədək 35 min hektardan çox sahəyə taxıl səpilib

Şəki, 2 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkinin təsərrüfatlarında 2019-cu ilin məhsulu üçün payızlıq taxıl səpini mütəşəkkil qaydada davam etdirilir. Fermerlər indiyədək 35 min 470 hektar sahəyə buğda və arpa səpiblər. Cari mövsümdə rayonda gələn ilin məhsulu üçün 67 min hektar sahədə taxıl səpini proqnozlaşdırılır.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov məlumat verib.

Baş məsləhətçi bildirib ki, payızlıq dənlilərin səpini üçün 14 min tona yaxın toxum fondu ayrılıb, indiyədək 52,4 min hektar sahədə şum aparılıb. Səpin zamanı, əsasən yerli toxumçuluq təsərrüfatlarının istehsal etdiyi yüksək reproduksiyalı buğda və arpa toxumundan istifadə olunur. Səpin kampaniyasına 200-dən çox şum traktoru, 105 toxumsəpən aqreqat, 400-dək traktor, qoşqu, mala və digər texnika cəlb edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.