REGİONLAR


Şəkidə bu günədək 63 min hektardan çox sahəyə taxıl səpilib

Şəki, 27 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Respublikamızın iri taxılçılıq rayonlarından olan Şəkinin təsərrüfatlarında 2019-cu ilin məhsulu üçün payızlıq taxıl səpini yekunlaşmaq üzrədir. Fermerlər indiyədək 43 min 280 hektarı buğda, 20 min 200 hektarı arpa olmaqla, 63 min 480 hektar sahəyə toxum səpiblər. Yaxın günlərdə daha 2 min hektarda səpin aparılacağı gözlənilir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov məlumat verib.

Baş məsləhətçi bildirib ki, payızlıq dənlilərin səpini üçün rayonun təsərrüfatlarında 65,5 min hektar sahədə şum aparılıb.

Təsərrüfatlarda tütün dərimi və düzümü isə artıq başa çatıb. Şəkili fermerlər cari ildə 2 min 850 ton quru tütün istehsal ediblər. Məhsul istehsalı əvvəlki illə müqayisədə 249 ton artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.