REGİONLAR


Şəkidə bu günədək vətəndaşlara 68 min dozaya yaxın vaksin vurulub

Şəki, 13 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Şəki rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Əhalinin peyvəndlənməsi Şəki Rayon Mərkəzi Xəstəxanasının binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında həyata keçirilir. Prosesə başlandığı gündən indiyədək Şəki rayonu üzrə vətəndaşlara 67 min 901 doza vaksin vurulub.

Şəhər icra hakimiyyətində yaradılan qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, indiyədək birinci mərhələ üzrə peyvənd olunan şəxslərin ümumi sayı 41 min 569 nəfər, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 26 min 332 nəfərdir.

Yaş qrupları üzrə indiyədək Şəki rayonunda 65 yaşdan yuxarı vətəndaşlara 7 min 179 doza, 50-65 yaş arasında vətəndaşlara 24 min 978 doza, 50 yaşadək vətəndaşlara isə 35 min 744 doza vaksin vurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.