REGİONLAR


Şəkidə əlilliyi olan şəxslərin bədii yaradıcılıq müsabiqəsinin zona seçim turu başa çatıb

Şəki, 22 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsinin noyabrın 22-də Şəki şəhərində keçirilən zona seçim turunda Balakən, Zaqatala, Qax, Şəki və Qəbələ rayonlarından olan 18 iştirakçı öz istedad və bacarığını nümayiş etdirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası” Proqramı çərçivəsində Şəki Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən müsabiqədə iştirakçılar mahnı, instrumental ifaçılıq, poeziya və bədii qiraət üzrə öz yaradıcılıq qabiliyyətlərini göstəriblər.

İfaçıların çıxışları Əməkdar artist, Bakı Uşaq Teatrının bədii rəhbəri İntiqam Həsənlinin sədrliyi ilə 7 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Zona seçim turunda fərqlənən 5 iştirakçı müsabiqənin noyabrın 30-da Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.