CƏMİYYƏT


Şəkidə fəaliyyət göstərən istirahət mərkəzində nöqsanlar aşkarlanıb

Bakı, 29 iyul, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, daxil olan müraciət əsasında Şəki rayonunun Kiş kəndində “Narın Qala” istirahət mərkəzinin qidalanma sahələrində yoxlama aparılıb.

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı müəyyən edilib. Belə ki, müəssisədə sanitar-gigiyenik qaydalara, texnoloji ardıcıllığa, mal qonşuluğu prinsipinə riayət olunmadığı, mətbəx sahəsində müvafiq təmizlik və vaxtlı-vaxtında dezinfeksiya işlərinin aparılmadığı aşkarlanıb. Həmçinin mənşəyi məlum olmayan, ev şəraitində konservləşdirilmiş məhsulların müştərilərə təklif edildiyi, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən olunub.

Aşkar olunmuş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.