CƏMİYYƏT


Şəkidə fəaliyyət göstərən şadlıq evində nöqsanlar aşkar olunub

Bakı, 28 iyun, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Şəki rayonu, Şin kəndində fəaliyyət göstərən Yusifov Azad Mustafa oğluna məxsus “Şin” şadlıq evində yoxlama aparılıb.

Yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı və qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. İsti su təchizatının və havalandırma sisteminin quraşdırılmadığı, pəncərələrin zərərvericilərə qarşı qoruyucu torla təmin edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi sanitar geyimdən istifadə olunmadığı, tullantı qablarının ağzı açıq şəkildə saxlanıldığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.