REGİONLAR


Şəkidə gələn ilin məhsulu üçün payızlıq dənlilərin səpininə başlanılıb

Şəki, 30 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə növbəti ilin məhsulu üçün 65 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır. Rayonun Suçma, Baş Göynük, Bolludərə, Qayabaşı kəndlərinin və Turan qəsəbəsinin ərazilərindəki təsərrüfatlarda bir neçə gündür ki, arpa səpininə başlanılıb. İlk günlər bu ərazilərdə 280 hektara yaşıl yem üçün xəsil və 120 hektara dən üçün arpa səpilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.

Sektor müdiri bildirib ki, payızlıq dənlilərin səpini üçün indiyədək təsərrüfatlarda 39,5 min hektar sahədə şum qaldırılıb. Səpin üçün 13,5 min ton arpa və buğda toxumu tələb olunur. Hazırda toxumçuluq təsərrüfatları tərəfindən səpin üçün ayrılmış toxumun təmizlənərək dərmanlanması prosesi aparılır. Səpində iştirak edəcək traktor və toxumsəpən aqreqatlar təmir olunaraq saz vəziyyətə gətirilir. Əkin kampaniyasına 133 ədəd şum traktoru, 92 ədəd toxumsəpən aqreqat və digər texnikalar cəlb edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.