REGİONLAR


Şəkidə hərəkət məhdudiyyətinin təmin olunmasına ciddi nəzarət edilir

Şəki, 5 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində Azərbaycanda hərəkət məhdudiyyətinin tətbiqinə başlanılıb. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması məqsədilə Şəki Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən zəruri işlər həyata keçirilir, qaydaları pozan sürücülər barəsində inzibati tənbeh tədbirləri görülür.

Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftaliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, sürücülərin və piyadaların maarifləndirilməsi istiqamətində aparılan təbliğat işləri müsbət nəticə verib. Belə ki, Şəki şəhəri ərazisində karantin rejimi qaydalarına əməl edilməsinin zəruriliyi barədə sürücü və piyadalarla aparılan profilaktiki söhbətlərin nəticəsi olaraq, aprelin 5-də Şəki şəhərinin mərkəzi küçə və prospektlərində tam hərəkətsizlik müşahidə olunub.

İnspektorun sözlərinə görə, bu istiqamətdə tədbirlər mütəmadi davam etdiriləcək. Əsas məqsəd insanların həyat və sağlamlığının qorunmasını təmin etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.