ELM VƏ TƏHSİL


Şəkidə ilk beynəlxalq qiymətləndirmə düşərgəsinə start verilib

Bakı, 28 iyun, AZƏRTAC

Təhsil İnstitutu və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Şəki şəhərində ilk beynəlxalq qiymətləndirmə düşərgəsinə start verilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, beynəlxalq qiymətləndirmə düşərgəsinə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən 30 müəllim qatılıb. Düşərgədə müəllimlər Azərbaycanın iştirak etdiyi beynəlxalq qiymətləndirmələr barədə daha ətraflı məlumat alır, tədqiqat metodologiyaları və nümunə suallarla tanış olurlar. Eyni zamanda, iştirakçılar şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə biliklərinin real həyatda tətbiqi, yaradıcı düşüncə bacarıqlarının rolu, eləcə də ev mühiti, məktəb mühiti, sosial-iqtisadi vəziyyət və s. amillərin şagirdlərin öyrənməsində rolu barədə məlumat əldə edirlər.

Düşərgənin əsas məqsədi təhsil işçilərinin, xüsusilə müəllimlərin beynəlxalq qiymətləndirmələr barədə məlumatlılığını artırmaq, qiymətləndirmə siyasətinin təkmilləşdirilməsində müəllimlərin iştirakını təmin etməkdir.

Qeyd edək ki, düşərgə iyunun 29-na kimi davam edəcək. Sonda iştirakçılara sertifikat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.