REGİONLAR


Şəkidə indiyədək 1100 hektardan çox sahədə təkrar əkinlər aparılıb

Şəki, 28 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Bu il Şəki rayonunda taxıl biçini başa çatmış ərazilərdə 1000 hektaradək sahədə təkrar əkinlərin aparılması proqnozlaşdırılırdı. Torpaq mülkiyyətçiləri artıq bu günədək 1100 hektardan çox sahədə təkrar əkinlər həyata keçiriblər və bu iş davam etdirilir. Sahələrə, əsasən yaşıl yem üçün qarğıdalı, günəbaxan, həmçinin darı və sorqo əkilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.

Sektor müdirinin sözlərinə görə, bu il təkrar əkinlərə görə torpaq mülkiyyətçilərinə dövlət tərəfindən hər hektara 110 manat subsidiya ödənilməsi nəzərdə tutulur.

Qeyd edək ki, təkrar əkinlər həm aqroekoloji, həm də iqtisadi baxımdan səmərəlidir. Mütəxəssislər hesab edirlər ki, respublikada mal-qaranın qüvvəli və yaşıl yemə olan tələbatını tam təmin etmək, həmçinin məhsul istehsalını artırmaq üçün təkrar əkinlərdən istifadə vacib sayılır.

Sektor müdiri bildirib ki, hazırda təsərrüfatlarda payızlıq bitkilərin səpini üçün yay şumunun çıxarılması da davam edir. İndiyədək təsərrüfatlarda 23 min hektar sahədə yay şumu aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.