REGİONLAR


Şəkidə indiyədək 1700 hektarda yazlıq bitkilər əkilib

Şəki, 11 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Bu il Şəki rayonunun təsərrüfatlarında 5266 hektar sahədə yazlıq bitkilərin əkini planlaşdırılır. Hazırda təsərrüfatlarda yaz-tarla işlərinin qızğın çağıdır. Torpaq mülkiyyətçiləri indiyədək 1700 hektar sahədə yazlıq bitkilər əkiblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov məlumat verib.

Baş məsləhətçi bildirib ki, məhsul istehsalçıları indiyədək 360 hektar sahədə kartof əkib, 200 hektara vələmir, 550 hektara çoxillik və 510 hektara birillik yonca toxumu səpiblər. Yaxın günlərdə bostan bitkilərinin əkininə başlanılacaq. Cari mövsümdə şəkili fermerlər 136 hektarda bostan məhsulları yetişdirəcəklər. Bundan əlavə, bu il rayonda 680 hektarda dən üçün qarğıdalı əkilməsi də planlaşdırılır. Qarğıdalı bitkisinin əkininə mayın əvvəllərində başlanılacaq.

Cari ildə rayonda tütün əkini sahələrinin ötən ilə nisbətən 153 hektar artırılaraq, 1030 hektara çatdırılması nəzərdə tutulur. Hazırda istehsalçılar tərəfindən 41 min kvadratmetr sahədə tütün şitilləri yetişdirilir. Şitillər aprelin 20-dən etibarən sahələrə köçürüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.