REGİONLAR


Şəkidə indiyədək 3480 ton quru tütün istehsal olunub

Şəki, 29 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Şəki rayonunun təsərrüfatlarında tütün yığımı yekunlaşmaq üzrədir. Hazırda sahələrdə tütün yarpaqlarının sonuncu dərimi aparılır. İndiyədək rayonda 3480 ton quru tütün istehsal olunub. Qurudulmuş tütünün 2720 tonu artıq tədarük müəssisələri tərəfindən alınıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Xatırladaq ki, bu il Şəki rayonunun təsərrüfatlarında 1108 hektar sahədə tütün əkilib. Şəkili fermerlər cari mövsümdə 598,5 hektar sahədə “Virciniya botaniki”, 509,5 hektarda isə yerli tütün sortları yetişdiriblər.

Rayonda gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini də gündən-günə genişlənir. Torpaq mülkiyyətçiləri indiyədək 13 min 642 hektarı arpa, 13 min 610 hektarı buğda olmaqla, 27 min 252 hektar sahəyə toxum səpiblər. Cari mövsümdə rayonda 65 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.