REGİONLAR


Şəkidə indiyədək 36,6 min hektar sahədə taxıl əkilib

Şəki, 10 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Şəki rayonunun təsərrüfatlarında 2020-ci ilin məhsulu üçün payızlıq dənlilərin əkini davam edir. Fermerlər indiyədək 12 min 400 hektarı arpa, 24 min 240 hektarı buğda olmaqla, 36 min 640 hektar sahəyə toxum səpiblər. Cari mövsümdə rayonda 65 min hektar sahədə payızlıq dənlilərin əkini proqnozlaşdırılır.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Nurəddin İbrahimov məlumat verib.

Qurum rəsmisi bildirib ki, payızlıq dənlilərin əkini üçün indiyədək rayonun təsərrüfatlarında 61 min hektardan çox sahədə şum aparılıb. Toxumçuluq təsərrüfatları və fermerlər tərəfindən 17 min ton yüksək reproduksiyalı toxum fondu yaradılıb. Əkin kampaniyasına 114 ədəd şum traktoru, 90 ədəd toxumsəpən aqreqat və digər texnikalar cəlb edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.