REGİONLAR


Şəkidə indiyədək 41 min hektardan çox sahədə payızlıq səpin aparılıb

Şəki, 12 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini davam edir. Torpaq mülkiyyətçiləri indiyədək 22 min 458 hektarı buğda, 19 min 200 hektarı arpa olmaqla, 41 min 658 hektar sahəyə toxum səpiblər. Cari mövsümdə rayonda 65 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır. İndiyədək səpin proqnozuna 64 faiz əməl olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Nurəddin İbrahimov məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, səpin aparılan sahələrin 32,3 min hektarı dəmyə, 9,3 min hektarı isə suvarılan torpaqlardır. Torpaq mülkiyyətçiləri tərəfindən indiyədək 220 hektar taxıl sahəsində suvarma aparılıb və bu iş davam etdirilir. Payızlıq dənlilərin səpini üçün bu günədək təsərrüfatlarda 58 min hektar sahədə şum aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.