REGİONLAR


Şəkidə indiyədək 720 hektar sahəyə tütün şitili köçürülüb

Şəki, 14 may, Mustafa Dadaşov, AZƏRTAC

Bu il Şəki rayonunun təsərrüfatlarında 950 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Hazırda təsərrüfatlarda tütün əkini kampaniyası mütəşəkkil davam etdirilir. Fermerlər indiyədək 490 hektar sahəyə “Virciniya”, 230 hektara yerli tütün sortları olmaqla, ümumilikdə, 720 hektar sahəyə şitil köçürüblər. Tütün əkininə 2 mindən çox işçi cəlb olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov məlumat verib.

Baş məsləhətçi bildirib ki, proqnoza əsasən, builki mövsümdə şəkili fermerlər 691 hektarda “Virciniya” və 29 hektarda “Berley” növ ətirli, 230 hektarda isə yerli tütün sortları yetişdirəcəklər.

Ötənilki mövsüm rayonun tütünçüləri üçün uğurlu olub. Belə ki, 2018-ci ildə şəkili fermerlər 2 min 976 ton quru tütün istehsal ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 346 ton artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.