REGİONLAR


Şəkidə indiyədək vətəndaşlara 26 min dozadan çox vaksin vurulub

Şəki, 1 may, Mustafa Dadaşov, AZƏRTAC

Şəki rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Əhalinin peyvəndlənməsi Şəki Rayon Mərkəzi Xəstəxanasının binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında həyata keçirilir. Prosesə başlandığı gündən indiyədək Şəki rayonu üzrə vətəndaşlara 26 min 367 doza vaksin vurulub.

Şəhər icra hakimiyyətində yaradılan qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, indiyədək birinci mərhələ üzrə peyvənd olunan şəxslərin ümumi sayı 17 min 15 nəfər, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 9 min 352 nəfərdir.

Yaş qrupları üzrə indiyədək Şəki rayonunda 65 yaşdan yuxarı vətəndaşlara 5 min 375 doza, 50-65 yaş arasında vətəndaşlara 14 min 159 doza, 50 yaşadək vətəndaşlara isə 6 min 833 doza vaksin vurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.