CƏMİYYƏT


Şəkidə kirayədə yaşadığı evdən oğurluq edən şəxs tutulub VİDEO

Şəkidə kirayədə yaşadığı evdən oğurluq edən şəxs tutulub VİDEO

Bakı, 18 oktyabr, AZƏRTAC

Şəki şəhərində yerləşən fərdi yaşayış evlərinin birindən oğurluq edilib. Şəhər Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən 3500 manat dəyərində müxtəlif məişət əşyalarının naməlum şəxs tərəfindən oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, həmin ünvanda kirayədə yaşayan Məftun Məmmədrəhimli tutularaq istintaqa təhvil verilib. O, əməlini etiraf edib və oğurladıqlarını sataraq əldə etdiyi pulu xərclədiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

Qeyd edək ki, M.Məmmədrəhimli ötən ilin əvvəllərində də törətdiyi cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilərək elektron qolbaqla təchiz olunub.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.