CƏMİYYƏT
Şəkidə kollec tələbələrinə qida təhlükəsizliyi haqqında məlumat verilib
Bakı, 28 oktyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi əhalinin qida təhlükəsizliyi ilə əlaqədar Şəkidə fəaliyyət göstərən Dövlət Texniki Kollecin, Tibbi Kollecin və Pedaqoji Kollecin tələbələrinin iştirakı ilə maarifləndirici tədbir keçirib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş əhali arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədi daşıyıb.
Tədbir çərçivəsində qida təhlükəsizliyinə dair ilkin vərdişlər, düzgün və sağlam qidalanma, enerji içkilərinə dair sanitariya normaları və qaydaları, enerji içkilərinin insan orqanizminə zərəri, qida təhlükəsizliyinin təmin edilməsi sahəsində ictimai qınağın vacibliyi və istehlakçı nəzarətinin həlledici əhəmiyyəti tələbələrə izah edilib. Eyni zamanda, tədbir iştirakçılarına bu sahədə fəal olmağa, qida təhlükəsizliyi sahəsində üzləşdikləri problem və nöqsanlarla əlaqədar agentliyin 1003 - Çağrı Mərkəzinə müraciət etmək tövsiyə olunub.
Görüş zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb.