REGİONLAR


Şəkidə kütləvi tibbi müayinələrdən 96 mindən çox vətəndaş yararlanıb

Şəki, 13 may, Mustafa Dadaşov, AZƏRTAC

Son illər ölkəmizdə əhalinin sağlamlığının qorunması məqsədilə davamlı tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən, altıncı ildir ki, təşkil edilən əhalinin pulsuz kütləvi tibbi müayinədən keçirilməsi aksiyası da məhz belə tədbirlərdəndir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tibbi müayinələr Şəki rayonunda da mütəşəkkil qaydada başa çatıb. Fevralın 12-də başlanan və üç ay davam edən aksiya çərçivəsində 96 min 537 nəfər müayinədən keçərək öz sağlamlıqları barədə məlumat alıb.

Müayinələrin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün şəhər icra hakimiyyətində xüsusi komissiya yaradılıb, tədbirlər planı tərtib olunub. Tibbi müayinələrin keçirildiyi günlərdə rayon mərkəzi xəstəxanasının konsultativ poliklinika şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Müayinə olunmaq üçün hər gün buraya yüzlərlə insan müraciət edib.

Komissiyadan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tibbi müayinələr rayonun 71 yaşayış məntəqəsini əhatə edib. Müayinədən keçənlərin 5176 nəfərinə ambulator müalicə təyin edilib, 192 nəfər stasionar müalicəyə cəlb olunub, 36 xəstənin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Bundan əlavə, müxtəlif xəstəliklər aşkar edilən 72 nəfər daha ətraflı müayinə və müalicə üçün Bakı şəhərinin ixtisaslaşmış tibb müəssisələrinə göndərilib.

Vətəndaşlar insanların sağlamlığının qorunmasına yönələn bu nəcib təşəbbüsə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.