CƏMİYYƏT


Şəkidə məcburi köçkünlərin iştirakı ilə ekoloji aksiya keçirilib

Bakı, 3 noyabr, AZƏRTAC

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Şəki şəhər İcra Hakimiyyətinin iştirakı ilə ekoloji aksiya keçirilib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, aksiyada Şəki şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər və şəhər icra hakimiyyətinin başçısının aparatının əməkdaşları iştirak ediblər. Tədbir çərçivəsində Heydər Əliyev mərkəzinin ətrafında 150-dən çox həmişəyaşıl ağac əkilib. Bundan başqa iməcilikdə müvafiq təmizləmə, abadlıq işləri görülüb, mövcud yaşıllığa qulluq edilib.

Aksiyanın keçirilməsində məqsəd yaşıllıqları artırmaq, təbiəti qorumaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.