REGİONLAR


Şəkidə məktəb komandaları arasında şahmat üzrə rayon birinciliyi keçirilir

Şəki, 6 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Şəki şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbində məktəb komandaları arasında şahmat üzrə respublika birinciliyinin rayon mərhələsinə start verilib.

Şəki şəhər Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Gənclər və İdman, Təhsil nazirliklərinin, Azərbaycan Milli Olimpiya Komitəsinin və Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən birinciliyin rayon mərhələsində 2010-2012-ci il təvəllüdlü məktəblilərdən təşkil edilmiş 12 komanda mübarizə aparır. Hər komandanın tərkibinə 3 oğlan və 3 qız şahmatçı daxil edilib.

Rayon birinciliyi noyabrın 9-dək davam edəcək. Birinciliyin qalibi zona mərhələsinə vəsiqə qazanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.