CƏMİYYƏT


Şəkidə miqrasiya könüllüləri üçün təlimlərə start verilib

Bakı, 17 aprel, AZƏRTAC

Şəki Regional Miqrasiya İdarəsində “Miqrasiya könüllüsü – sən fərqlisən” layihəsi çərçivəsində könüllülər üçün ilk təlimə start verilib. Ümumi tanışlıq xarakteri daşıyan təlimdə 19 gənc iştirak edib.

Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimin birinci günündə gənclərə qurumun fəaliyyətinin əsas istiqamətləri, həmçinin “Miqrasiya könüllüsü- sən fərqlisən!” layihəsinin məqsədi, perspektivləri və qarşıda duran hədəflər barədə məlumat verilib.

İştirakçılar Dövlət Miqrasiya Xidmətinin miqrasiya könüllüsü komandasının üzvü olaraq təcrübə əldə edəcəkləri, əcnəbi vətəndaşlarla ünsiyyətdə olacaqları, miqrasiya proseslərini yaxından izləyəcəkləri və yeni dostlar qazanacaqları barədə məlumatlandırılıblar.

Həftədə iki dəfə nəzərdə tutulan təlim proqramında müxtəlif mövzular tədris olunacaq. Həmçinin gənclər Şəki Regional Miqrasiya İdarəsində praktik məşğələlərə, müxtəlif tədbirlərə cəlb olunacaq, xidmətin fəaliyyətində könüllü iştirak edəcəklər.

Şəkidə miqrasiya könüllülərinin sıralarına qoşulmaq istəyən gənclər CV-lərini [email protected]  ünvanına göndərə bilərlər. Ətraflı məlumat üçün 024 245-24-28 telefon nömrəsi ilə əlaqə saxlamaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.