CƏMİYYƏT


Şəkidə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Bakı, 5 iyun, AZƏRTAC

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutularaq məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, şübhəli şəxs qismində saxlanılan şəhər sakini Müzəffər Çələbiyevdən şəxsi axtarış zamanı kibrit qutusunda və bir neçə kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

M.Çələbiyevin narkotik vasitələrin satışı ilə məşğul olduğuna dair polis əməkdaşlarında əsaslı şübhələr olduğundan onun ətrafında əməliyyat tədbirləri davam etdirilib və həmin şəxsin rayondakı bazarlardan birinin ərazisində narkotik vasitə gizlətdiyi müəyyən edilib. Qeyd edilən yerə baxış keçirilən zaman oradan kağız bükümlərdə, kibrit qutularında və kisədə ümumi çəkisi 2 kiloqram 730 qram qurudulmuş marixuana qablaşdırılaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.