CƏMİYYƏT


Şəkidə örüş sahəsində ağacların kəsilməsi nəticəsində təbiətə 1070 manat məbləğində ziyan dəyib

Bakı, 2 may, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları Şəkidə ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçiriblər.

Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, reyd zamanı Şəki Rayonu Bideyiz Bələdiyyəsinin mülkiyyətinə aid örüş sahəsində 9 palıd, qarağac, yemişancinsli ağacın kəsildiyi və təbiətə 1070 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

Təqsirkarın müəyyən edilməsi və barəsində qanunauyğun tədbirlərin görülməsi üçün toplanmış materiallar Şəki Rayon Polis Şöbəsinə göndərilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.