CƏMİYYƏT
Şəkidə pediatrik reanimasiyaya dəstək məqsədilə təlim keçirilib
Bakı, 28 iyul, AZƏRTAC
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və “UPTODATE in Medicine” ilə əməkdaşlıqla Şəki şəhərində pediatrik reanimasiyaya dəstək məqsədilə Amerika Ürək Assosiasiyasının (AHA) Pediatrik Təkmil Həyata dəstək PALS təlimi keçirilib.
AZƏRTAC İSİM-in rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, keçirilən təlimdə Zaqatala, Balakən və digər rayonların ixtisas həkimləri, eyni zamanda, neonatoloqlar iştirak edib. Təlim İSİM-in əməkdaşı, eyni zamanda Amerika Ürək Assosiasiyasının ACLS, PALS, BLS üzrə beynəlxalq sertifikatlı təlimçisi Könül İsmayılova tərəfindən aparılıb. İki gün davam edən təlimdə pediatrik təcili yardımın əsasları ilə bağlı həm nəzəri, həm də praktik bacarıqlar öyrədilib.
İkinci günün sonunda iştirakçılar test imtahanlarının nəticələri əsasında beynəlxalq sertifikatlar əldə ediblər.