ELM VƏ TƏHSİL


Şəkidə qazıntılar zamanı Strateji Elmi Tədqiqatlar Mərkəzinin dronlarından istifadə olunub

Bakı, 11 oktyabr, AZƏRTAC

Şəkinin Fazıl kəndində Təpə Başı adlanan ərazidə azərbaycanlı və qazaxıstanlı arxeoloqlar tərəfindən qazıntılar aparılıb.

Tədqiqatlar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu ilə Qazaxıstanın Berel Arxeoloji Qoruğu arasında imzalanan müqaviləyə əsasən reallaşıb.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədqiqat zamanı Antik və Dəmir dövrlərinin izləri üzə çıxıb, 5 qəbir və 3 qurbangah aşkarlanıb.

Ərazidə AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin istehsal etdiyi milli dronlar vasitəsilə qazıntıların fotoplanı və 3D modeli hazırlanıb.

İşlər yekunlaşdıqdan sonra tapıntıların bir qismi ərazidə yerləşən və mərhum arxeoloq Nəsib Muxtarov tərəfindən yaradılan “Əbədi sükut labirinti” muzeyində sərgilənəcək. Həmçinin yerli muzeylərə eksponatlar təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.