CƏMİYYƏT


Şəkidə reallaşdırılan “Speak out” natiqlik məktəbi layihəsinə yekun vurulub

Bakı, 16 sentyabr, AZƏRTAC 

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə Şəkidə reallaşdırdığı “Speak out” natiqlik məktəbi layihəsinə yekun vurulub.

DVC-dən AZƏRTAC-a bildiriblər ki, “Speak out” natiqlik məktəbinin məqsədi gənclərin natiqlik bacarıqlarının, araşdırma qabiliyyətlərinin inkişaf etdirilməsi, dünyagörüşlərinin, komanda ruhunun və fəallıqlarının artırılması, mövzuların tədqiqində onlara kömək göstərilməsi olub.

Natiqlik məktəbində gənclər “Natiqlik sənəti”, “Bədən dili”, “Diksiya”, “Ünsiyyət bacarıqları” təlimləri, “Nə?, Harada?, Nə zaman?”, “Breyn rinq” intellektual oyunu, debat yarışı, “Code Tusi” komanda oyununda iştirak ediblər. Layihəyə Bakı ilə yanaşı, 10 regiondan 34 gənc qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.