CƏMİYYƏT
Şəkidə şəhid ailələri ilə görüş keçirilib
Bakı, 19 oktyabr, AZƏRTAC
Şəki Regional Miqrasiya İdarəsinin Vətən müharibəsində iştirak etmiş əməkdaşları Əfqan Əlimərdanov və Rəşad Mansurov miqrasiya könüllüləri ilə birgə şəhid ailələrini - Şəkidə Toğrul Nağıyev, Balakəndə Qurban Hacıyev, Qəbələdə Rəşid Nəsrullayev və Elşən Dəmirlinin ailələrini ziyarət ediblər.
Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə şəhidlərimizin müharibədəki igidlik və şücaətindən söhbət açılıb. Toğrul Nağıyev Ağdərə istiqamətində, Qurban Hacıyev və Rəşid Nəsrullayev Suqovuşan uğrunda, Elşən Dəmirli isə Ağdamda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıblar.
Görüş çərçivəsində şəhidlərin məzarları ziyarət olunub, üzərinə gül dəstələri düzülüb.