CƏMİYYƏT


Şəkidə sexdən 15 min manatlıq oğurluq edən həmin obyektin işçisi tutulub

Bakı, 7 may, AZƏRTAC

Şəki şəhəri ərazisində yerləşən qapı-pəncərə sexlərinin birindən 15 min manatlıq oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis şöbəsinə müraciət edən zərərçəkən obyektin kassasında olan 2 min manat nağd pulun, 6 min manat dəyərində materialların oğurlandığını və “VAZ-2104” markalı avtomobilin qaçırıldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin həmin qapı-pəncərə sexinin işçisi Hümmət Məmmədov olduğu müəyyənləşdirilib. O, şübhəli şəxs qismində saxlanılıb və törətdiyi əməli etiraf edib. Davam etdirilən tədbirlər nəticəsində onun Hacıqabul rayonunda da mağazadan oğurluq etdiyi məlum olub. Saxlanılan şəxs ifadəsində qaçırdığı nəqliyyat vasitəsini satdığını, eləcə də cinayət yolu ilə əldə etdiyi pulları xərclədiyini bildirib.

Faktlarla bağlı cinayət işi başlanılıb, H.Məmmədovun digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.