CƏMİYYƏT


Şəkidə şüa diaqnostikasının aktual məsələləri müzakirə olunub

Bakı, 27 may, AZƏRTAC 

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun şüa terapiyası kursu ilə şüa diaqnostikası kafedrası Şəki Mərkəzi Rayon Xəstəxanasında “Şüa diaqnostikasının aktual məsələləri” mövzusunda səyyar kurs keçiriblər.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, kursda Şəki şəhərində fəaliyyət göstərən həkimlərlə yanaşı, yaxın bölgələrdən olan şüa diaqnostikası mütəxəssisləri də iştirak ediblər. Kursun əsas məqsədi müdavimləri şüa diaqnostikasının aktual məsələləri ilə tanış etmək, həkimlərin xəstəliklər və onların erkən aşkarlanmasına dair bilik və praktik bacarıqlarını təkmilləşdirmək olub. Dərslər institutun şüa terapiyası kursu ilə şüa diaqnostikası kafedrasının müdiri, dosent Fəridə Nəsirovanın rəhbərliyi ilə kafedranın müəllim heyəti tərəfindən aparılıb.

Səyyar kurs 8 gün davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.