REGİONLAR


Şəkidə taxıl istehsalı 7 min tondan çox artıb

Şəki, 10 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Şəkili fermerlər builki mövsümdə 67 min 37 hektar taxıl sahəsindən 221 min 375 ton məhsul əldə ediblər. Taxıl istehsalı əvvəlki illə müqayisədə 7 min 375 ton artıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə şəhər icra hakimiyyəti aparatının məsul nümayəndəsi Rafik Məmmədov məlumat verib.

Qurumun rəsmisinin bildirdiyinə görə, tədarük olunan taxılın 147 min 392 tonu buğda, 73 min 454 tonu arpa, 529 tonu isə vələmirdir. Hər hektardan orta hesabla 33 sentner məhsul götürülüb. Rayonun Aşağı Küngüt, Bolludərə, Qayabaşı kəndlərinin təsərrüfatlarında məhsuldarlıq daha yüksək - 35-38 sentner olub.

Hazırda biçilən sahələr küləşdən təmizlənir və payızlıq taxıl səpini üçün yay şumunun çıxarılmasına hazırlıq görülür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.