CƏMİYYƏT


Şəkidə travmatoloqlar üçün səyyar kurs təşkil edilib

Bakı, 21 oktyabr, AZƏRTAC

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun travmatologiya və ortopediya kafedrası Davamlı Tibbi Təhsil proqramına uyğun olaraq Şəki Mərkəzi Rayon Xəstəxanasında “Müştərək travma” mövzusunda səyyar kurs keçirib.

İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, kursda Şəki şəhərində fəaliyyət göstərən həkimlərlə yanaşı, Qəbələ, Zaqatala, Balakəndən gələn travmatoloqlar iştirak ediblər.

Kursun əsas məqsədi müştərək travma zamanı təxirəsalınmaz yardımın təşkili prinsipləri, diaqnostika və təcili yardımın həyata kecirilməsindən ibarət olub. Bununla yanaşı, müdavimlərə təxirəsalınmaz vəziyyətlərdə ümumi cərrah və neyrocərrahlarla birgə aparılmalı olan iş prinsipləri də izah edilib.

Dərsləri Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun travmatologiya və ortopediya kafedrasının əməkdaşları aparıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.