REGİONLAR


Şəkidə xüsusi karantin rejimi ilə bağlı reydlər davam etdirilir

Şəki, 17 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Şəki rayonunda xüsusi karantin rejimi qaydalarının təmin olunması üçün nəzarət tədbirləri davam etdirilir. İnfeksiyanın yayılmasının qarşısının alınması və törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə əhali arasında mütəmadi olaraq maarifləndirici təbliğat işləri aparılır. İctimai maarifləndirmə tədbirlərinə könüllülər də fəal qoşulublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, maarifləndirmə işlərinin aparılması üçün şəhər icra hakimiyyətinin rəsmilərindən və polis əməkdaşlarından ibarət 49 mobil qrup yaradılıb. Xüsusi karantin rejimi ilə əlaqədar müəyyən edilmiş qaydalara əməl olunmasını təmin etmək məqsədilə mobil qruplar tərəfindən ticarət, ictimai iaşə və digər obyektlərdə davamlı olaraq reydlər keçirilir. Reydlər zamanı vətəndaşlara gigiyena qaydalarına riayət edilməsinin, tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi izah olunur, tövsiyələr verilir. Eyni zamanda, karantin rejimi qaydalarını pozan ticarət və ictimai iaşə obyektlərinin sahibləri, həmçinin vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.