ELM VƏ TƏHSİL


Şəkidə yeni təhsil proqramları üzrə hazırlıq kursları təşkil ediləcək

Bakı, 14 yanvar, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi yanvarın 19-da saat 10:30-da Şəki şəhərində (Füzuli küçəsi, 45, nömrəli tam orta məktəb) Azərbaycan dili, fizika, biologiya, tarix, ingilis dili və kimya fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları, alman və fransız dili fənləri üzrə isə elmi-metodiki seminarlar təşkil edəcək.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənlərə uyğun müəllimlər, metodistlər, pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər, elmi-metodik seminarlarda isə müvafiq fənn müəllimləri iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.