CƏMİYYƏT
Şəkidə yetkinlik yaşına çatmayanlara tütün məmulatları satanlar cərimələnib
Bakı, 4 yanvar, AZƏRTAC
Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən mütəmadi olaraq tədbirlər keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri reyd nəticəsində rayonda mağaza və köşklərdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkarlanıb.
Polis əməkdaşları həmin iaşə obyektlərinin satıcıları barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib edib və onların hər birini 100 manat məbləğində cərimələyiblər.
Bu istiqamətdə reydlər davam etdirilir.