CƏMİYYƏT


Şəkidə yol polisi koronavirusun yayılmasının qarşısının alınması məqsədilə tədbirləri davam etdirir

Bakı, 13 oktyabr, AZƏRTAC

Şəkidə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Şəki Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən qabaqlayıcı tədbirlər gücləndirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, yol polisi əməkdaşları rayon ərazisində sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər aparıb. Şəhərdaxili marşrut avtobuslarında, taksilərdə sərnişinlərin sosial məsafə saxlaması, tibbi maskadan istifadə etməsi, həmçinin şəffaf arakəsmələrin quraşdırılmasının vacibliyi onların diqqətinə çatdırılıb. Bəzi hallarda sürücülərin normadan artıq sərnişin götürməsi, həmçinin mövcud tələblərə riayət etməməsi yoluxma hallarının daha da artmasına səbəb olduğu vurğulanıb.

Sonda sürücüləri maraqlandıran suallar dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.