REGİONLAR
Şəkili baramaçılar bu il 56 ton məhsul təhvil verməyi planlaşdırırlar
Şəki, 5 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Builki mövsümdə Şəki rayonunda yaş barama istehsalının ötən illə müqayisədə 23 tonadək artırılaraq, 56 tona çatdırılması proqnozlaşdırılır. Barama yetişdirilməsi ilə əlaqədar indiyədək 291 kümçü Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçib. Cari ildə kümçülərə 1375 qutu ipəkqurdu paylanılması nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, rayonun kümçüləri mövsümə ciddi hazırlaşırlar. Hazırda kümxanalarda dezinfeksiya işləri aparılır, tut ağaclarına qulluq olunur.
Qeyd edək, ötən il barama yetişdirmək üçün Şəki rayonunda 389 kümçüyə 1590 qutu ipəkqurdu paylanılıb. Şəkili kümçülər keçən mövsüm 33 tondan çox yaş barama istehsal ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]