REGİONLAR
Şəkili fermerlər 1000 hektardan çox sahədə təkrar əkin aparıblar
Şəki, 14 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Taxıl biçini kampaniyası başa çatdıqdan sonra Şəki rayonunun təsərrüfatlarında 1059 hektar sahədə təkrar əkinlər aparılıb. Məhsul istehsalçıları 970 hektar qarğıdalı, 70 hektar darı, 19 hektar tütün əkiblər. Təsərrüfatlarda, eyni zamanda, payızlıq dənlilərin səpini üçün yay şumunun çıxarılması işlərinə də başlanılıb. Bu günədək 4 min 370 hektar sahədə şum aparılıb və bu iş davam etdirilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə şəhər icra hakimiyyəti aparatının məsul nümayəndəsi Rafik Məmmədov məlumat verib.
Onun sözlərinə görə, təsərrüfatlarda dən və yaşıl yem istehsalının artırılmasında əsas ehtiyat mənbələrindən biri də təkrar əkinlərin tətbiq edilməsidir.
Payız-qış mövsümündə mal-qaranın yemə olan tələbatının tam şəkildə ödənilməsini təmin etmək üçün heyvandarlar da indidən ciddi hazırlaşırlar. Belə ki, indiyədək rayonun təsərrüfatlarında 104 min 770 ton qaba yem tədarük olunub. Tədarük edilən qaba yemin 53 min 110 tonu quru ot, 51 min 660 tonu isə küləşdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]