REGİONLAR


Şəkili fermerlər bu il 1250 hektar sahədə tütün yetişdiriblər

Şəki, 1 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Bu il Şəki rayonunun təsərrüfatlarında 1250 hektar sahədə tütün əkilib. Şəkili fermerlər cari mövsümdə 917 hektar sahədə “Virciniya botaniki”, 333 hektarda isə yerli tütün sortları yetişdiriblər. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 9 hektar artıb. Artıq təsərrüfatlarda tütün dəriminə də başlanılıb. İlk günlər Cumakənd, Baş Göynük, Aşağı Göynük və digər kəndlərin təsərrüfatlarında sahələrdən 960 ton yaş tütün yarpağı dərilib. Emal məntəqələrində yaş kütlədən 96 ton quru tütün istehsal olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hazırda rayonda 350-dək fermer tütünçülüklə məşğul olur. Bu təsərrüfatlarda 1300 nəfərdən çox kənd sakininin məşğulluğu təmin olunub. Rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrində 246 ədəd tütünqurutma kamerası var. Eyni zamanda, yerli tütün sortları istehsalçılar tərəfindən ipə düzülərək də qurudulur.

Xatırladaq ki, ötənilki mövsümdə şəkili fermerlər 1241 hektar sahədən 4150 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 310 ton artıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.