REGİONLAR
Şəkili fermerlər bu il min hektardan çox sahədə tütün yetişdirəcəklər
Şəki, 17 mart, Mustafa Dadaşov, AZƏRTAC
Builki mövsümdə Şəki rayonunun təsərrüfatlarında 1065 hektarda tütün əkini nəzərdə tutulur. Şəkili fermerlər cari ildə 562 hektar sahədə “Virciniya botaniki” növlü, 503 hektarda isə yerli tütün yetişdirəcəklər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.
Sektor müdiri bildirib ki, tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən 53 min kvadratmetr sahədə sadə istixanalar hazırlanaraq toxum səpilib. Hazırda istixanalarda becərmə işləri davam etdirilir. Şitillər aprelin ortalarında sahələrə köçürüləcək.
Qurum rəsmisinin sözlərinə görə, ötənilki mövsümdə şəkili fermerlər 1061 hektar sahədən 3 min 642 ton quru tütün əldə ediblər. Tütünün əkini, becərilməsi və yığılması işlərinə 2 min 200-dən çox kənd sakini cəlb olunub. Ötən il tütünçülüklə məşğul olan 189 fermerə istehsal etdikləri 2 min 247 ton quru tütünə görə dövlət büdcəsinin vəsaiti hesabına hər tonuna 50 manat hesabı ilə 112 min 347 manat məbləğində subsidiya ödənilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]