REGİONLAR
Şəkili fermerlər indiyədək 3 min tondan çox quru tütün istehsal ediblər
Şəki, 17 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Bu il Şəki rayonunun təsərrüfatlarında 1108 hektar sahədə tütün əkilib. Şəkili fermerlər cari mövsümdə 598,5 hektar sahədə “Virciniya botaniki”, 509,5 hektarda isə yerli tütün sortları yetişdiriblər. Hazırda təsərrüfatlarda tütün yığımı davam edir. İndiyədək rayonda 3020 quru tütün istehsal olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Bildirilib ki, istehsal olunan quru tütünün 1200 tonu artıq tədarük müəssisələri tərəfindən alınıb.
Qeyd edək ki, ötənilki mövsümdə şəkili fermerlər 1061 hektar sahədən 3 min 642 ton quru tütün əldə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]