REGİONLAR


Şəkili fermerlər indiyədək tədarük müəssisələrinə 3 min ton quru tütün satıblar

Şəki, 27 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Şəki rayonunun təsərrüfatlarında tütün yığımı yekunlaşmaq üzrədir. Hazırda sahələrdə tütün yarpaqlarının sonuncu dərimi aparılır. İndiyədək rayonda 3680 ton quru tütün istehsal olunub. Qurudulmuş tütünün 3 min tonu artıq tədarük müəssisələri tərəfindən alınıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Xatırladaq ki, bu il Şəki rayonunun təsərrüfatlarında 1108 hektar sahədə tütün əkilib. Şəkili fermerlər cari mövsümdə 598,5 hektar sahədə “Virciniya botaniki”, 509,5 hektarda isə yerli tütün sortları yetişdiriblər.

Qeyd edək ki, ötənilki mövsümdə şəkili fermerlər 1061 hektar sahədən 3 min 642 ton quru tütün əldə etmişdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.