REGİONLAR


Şəkili gənc: “ABAD”a qoşulduqdan sonra biznesimi daha da genişləndirmək üçün çox yaxşı imkan yaranıb  VİDEO

Şəki, 21 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

“ABAD”ın dəstəklədiyi şəkili gənc sənətkar Elxan Kərimov 6 ildir ki, ağac oyma sənəti ilə məşğul olur. Uşaqlıqdan rəssamlığa böyük maraq göstərən gənc orta məktəbi bitirdikdən sonra dekorativ-tətbiqi xalq sənətkarlığı ixtisası üzrə təhsil alıb.

AZƏRTAC xəbər verir ki, 25 yaşlı gənc rəssam hazırda Şəki şəhərinin qoruq ərazisində yerləşən “Sənətkarlar evi”ndəki emalatxanasında fəaliyyət göstərir. Gənc sənətkarın daş, kətan, kağız üzərində çəkdiyi rəsmlər, taxtadan hazırladığı kiçikölçülü suvenirlər yerli və xarici turistlər tərəfindən böyük maraqla qarşılanır.

Elxan Kərimov bir ilə yaxındır “Ailə Biznesinə ASAN Dəstək” layihəsinə - “ABAD”a qoşulub. Gəncin bildirdiyinə görə, “ABAD”la əməkdaşlıq onun bir sənətkar kimi tanınmasına, əl işlərinin reklam olunmasına yaxşı təsir göstərib, sifarişləri çoxalıb.

O, AZƏRTAC-a müsahibəsində deyib: “Əvvəllər hazırladığım əl işlərini, suvenirləri yalnız Şəki şəhərinə gələn turistlərə, yerli əhaliyə sata bilirdim. “ABAD” ailəsinin üzvü olduqdan sonra hazırladığım suvenirlər artıq paytaxtın sənətkarlıq mərkəzlərində də satılır. Öz biznesimi daha da genişləndirmək üçün çox yaxşı imkan yaranıb”.

Sənətkar bildirib ki, turistlər təbii materiallardan – daş, qum, taxtadan hazırladığı kiçikölçülü suvenirlərə böyük maraq göstərirlər. Belə əl işlərinin qiyməti 2-3 manatdan 20-30 manat arasında dəyişir. Xarici turistlər öz portretlərinin taxta, kətan, kağız üzərində çəkilməsini xoşlayırlar. Rəssam belə sifarişləri çox qısa müddətdə hazırlamağı bacarır. Elxanın öz ideyası olan şaftalı, gavalı, ərik tumlarından və taxta çöplərindən hazırladığı hörümçək suvenirləri də turistlərin böyük marağına səbəb olur və onlar bu suvenirləri həvəslə alırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.