Şəkili gənclər “Qan ver, həyat xilas et!” aksiyasına fəal qoşulublar
AzerTAg.az
Şəki, 27 may, Mustafa Dadaşov, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 28 May – Müstəqillik Günü ilə əlaqədar “Qan ver, həyat xilas et!” şüarı altında keçirilən könüllü qanvermə aksiyasına Şəki gəncləri də fəal qoşulublar.
Şəki Şəhər Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, mayın 27-də B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının Şəki regional bölməsində keçirilən qanvermə aksiyasında idarənin əməkdaşları, idmançılar, gənclər iştirak ediblər.
Regional bölmənin həkim-hematoloqları tərəfindən həyata keçirilən xeyriyyə aksiyası zamanı 30 könüllü qan verib.
Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.






Xəbərin mətnində orfoqrafik səhv var