REGİONLAR


Şəkili gənclər üçün “Uğurlu inkişafın yolları” mövzusunda təlimlər təşkil edilir

Şəki, 17 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəki nümayəndəliyi gəncləri bir-birindən maraqlı layihələrlə sevindirir. Nümayəndəlik bu dəfə gənclər üçün “Uğurlu inkişafın yolları” mövzusunda təlim təşkil edib.

Nümayəndəlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, “Şəxsi inkişaf” təlimləri çərçivəsində keçirilən tədbir zamanı gənclərə “Ünsiyyətin formaları”, “Ünsiyyət zamanı ən çox diqqət olunmalı məqamlar”, “Ünsiyyətdə bədən dili, jest və mimikalardan istifadənin əhəmiyyəti”, “Münasibətləri keyfiyyətli edəcək ünsiyyət texnikaları” və digər mövzular barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Nümayəndəlikdən bildirilib ki, gənclər üçün belə təlimlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.