REGİONLAR
Şəkili kümçülər 33 tondan çox yaş barama tədarük ediblər
Şəki, 27 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Bu il barama yetişdirmək üçün Şəki rayonunda 389 kümçüyə 1590 qutu ipəkqurdu paylanılıb. Şəkili kümçülər cari mövsümdə 33 tondan çox yaş barama istehsal ediblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.
Sektor müdirinin sözlərinə görə, Aşağı Göynük kəndindən Abdulla Mahmudov bu il qəbul məntəqəsinə rayon üzrə hamıdan çox – 497,2 kiloqram yaş barama təhvil verib. Kümçü cari mövsümdə 9 qutu, yəni 171 qram ipəkqurdunun yemlənməsi ilə məşğul olub. Aşağı Göynük kəndindən olan digər kümçü Adil Hümmətov cari mövsümdə qəbul məntəqəsinə 312,7 kiloqram, Kiçik Dəhnə kəndindən Qərənfil Mənəfzadə 238 kiloqram, həmin kənddən Aybəniz Cabbarova isə 226 kiloqram yaş barama təhvil veriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]