Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Səkinə Babayeva: “Made in Azerbaijan” brendinin təşviqində xanımların rolunun artırılmasını düşünürük

Səkinə Babayeva: “Made in Azerbaijan” brendinin təşviqində xanımların rolunun artırılmasını düşünürük

Bakı, 3 avqust, AZƏRTAC

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva AZƏRTAC-a müsahibəsində “Made in Azerbaijan” brendinin təşviqində xanımların rolundan və bu istiqamətdə atılacaq addımlardan danışıb. Müsahibəni təqdim edirik.

– Səkinə xanım, yenidən AQSİA-nın sədri seçildiniz. Rəhbəri olduğunuz qurumun fəaliyyətində dəyişikliklər baş verdi. Bu barədə məlumat verərdiniz?

– AQSİA-nın tarixində ilk dəfə olaraq konfransı onlayn formada təşkil etdik. Heç şübhəsiz, buna səbəb koronavirus pandemiyası və onun doğurduğu nəticələr idi. Çox qürurverici məqamdır ki, assosiasiya üzvləri yenidən mənə etimad göstərdilər və növbəti müddətə də AQSİA-ya rəhbərliyi mənə həvalə etdilər. Mətbuatda artıq bu barədə məlumat verilib. Bildiyiniz kimi, AQSİA-nın təşkilati strukturlarında müəyyən dəyişikliklər oldu. İdarə heyəti üzvlərinin sayı 3-dən 15-ə çatdırıldı. Yeni seçilən idarə heyətində müxtəlif sahələrdə fəaliyyət göstərən və böyük uğurlara imza atan xanımlarımız təmsil olunur. Onların hər biri öz sahəsində peşəkardır.

Qarşıda duran əsas hədəfimiz qadınlar arasında faydalı və qarşılıqlı əməkdaşlığa nail olmaq, maariflənmə işlərinin təşkili, onların liderlik bacarıqlarının artırılmasıdır. İnanırıq ki, buna nail olacaq və qarşıdakı dönəmdə daha ciddi layihələrə imza atacağıq. Eyni zamanda, “Made in Azerbaijan” brendinin təşviqində xanımlarımızın rolunun artırılmasını düşünürük.

– Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycanda müasir qadın hərəkatı formalaşır. AQSİA bu prosesdə necə yer alır?

– Tamamilə düzgün vurğulayırsınız ki, bu gün ölkəmizdə müasir qadın hərəkatı formalaşıb və bu hərəkatın yaranması Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın adı ilə bağlıdır. AQSİA birmənalı olaraq bu prosesdə yer alır və fəaliyyətimiz dövründə həmişə Mehriban Əliyevanın hərtərəfli dəstəyini hiss etmişik.

Məlumdur ki, AQSİA əsasən qadın sahibkarlar arasında həmrəyliyin nail olunmasında fəaliyyət göstərir. Assosiasiya İqtisadiyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə sıx əməkdaşlıq şəraitində çalışır. Təlim-tədris, turizm, sənaye, ticarət və digər sahələrdə fəaliyyət göstərən xanımların peşəkar bilik və bacarıqların artırılması əsas fəaliyyət istiqamətimizdir.

Hazırda AQSİA-nın nəzdində təlim-tədris, regional mərkəzlərin yaradılması, xarici dövlətlərin ölkəmizdəki iqtisadi nümayəndəlikləri ilə birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, keyfiyyətli məhsulların ərsəyə gətirilməsi, onların brendə çevrilməsi istiqamətində fəaliyyətimiz davam edir. Fiziki qüsurlu xanımların məşğulluğunun artırılması da əsas hədəflərimizdən biridir.

– Qeyd etdiyiniz istiqamətlər üzrə layihələri hansı formada həyata keçirirsiniz? Bu barədə ətraflı məlumat verərdiniz.

– Əsas istiqamət könüllülük prinsipidir. Quruma daxil olan təklif və müraciətləri ayda bir dəfədən az olmayaraq ümumi müzakirəyə çıxarırıq. Assosiasiya üzvü olan qadınlar qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir və nisbətən imkanlı xanımlar öz resurslarını az imkanlı xanımlara dəstək məqsədilə istifadə edirlər. Tovuz, Gədəbəy, Daşkəsən və digər rayonlarda yaşayan xanımlarımıza bu qəbildən çoxsaylı dəstəklər edilib.

Eyni zamanda, rəhbəri olduğum Bakı Tekstil Fabriki də bu prosesdə yaxından iştirak edir. Yaxşı olardı ki, əlaqədar qurumlar və özəl sektorda çalışan müəssisələr AQSİA ilə əməkdaşlığı artırsınlar. Misal üçün banklarla birlikdə müştərək layihələr həyata keçirmək niyyətimiz var. Lakin hələ ki, müsbət cavab almamışıq. Digər dövlət qurumları, misal üçün, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə bağlı vəziyyət də oxşardır.

Cəbhəyanı bölgələrdə beynəlxalq təşkilatlarla birlikdə müxtəlif layihələr həyata keçirmişik. AQSİA qadın təlimçilərin yetişdirilməsi ilə bağlı layihəmizi uğurla başa vurub. Avropa İttifaqının dəstəyi ilə 70-dən çox yerli təlimçi yetişdirdik.

– Prezident İlham Əliyev bəyan etdi ki, “təhsili olmayan dövlətin gələcəyi ola bilməz”. Təhsil Nazirliyi ilə əməkdaşlığınız hansı səviyyədədir?

– AQSİA olaraq Təhsil Nazirliyinə iki təklif təqdim etmişik. Bunlardan biri texniki peşə məktəblərinin və universitetlərin fəaliyyətində AQSİA-nın yaxından iştirakının təmin olunması, digəri isə 145 boş sahə üzrə ixtisasların yaradılması bağlıdır. Bu sırada kulinariya turizmi, taxıl məhsulları üzrə operatorların yetişdirilməsi və sairə aiddir. Bu həm də işsizliyin aradan qaldırılması, məşğulluğun artırılması deməkdir.

Türkiyə nümunəsinə nəzər yetirsək görərik ki, artıq qardaş dövlətdə xanımların peşə təlimlərinə cəlbi və sonradan həmin istiqamətlər üzrə işlə təmin olunması ənənəsi formalaşıb. Azərbaycanda da bu təcrübənin geniş tətbiq olunmasına ehtiyac var. AQSİA-nın Elmi-Tədqiqat İnstitutları ilə birlikdə təlimlər təşkil etməsi çox faydalı olardı. Çünki bizim bu sahədə potensialımız var.

Assosiasiyanın daxilində müxtəlif komissiyalar fəaliyyət göstərir və biz bu təklifləri hazırlayarkən onların təcrübəsinə istinad edirik. İnanırıq ki, yaxın gələcəkdə Təhsil Nazirliyi ilə əməkdaşlıq şəraitində bu təklifləri həyata keçirəcəyik.

– Ölkənin aparıcı qadın təşkilatlarından birinin rəhbəri olaraq xanımlara tövsiyəniz nədir?

– Nəinki qadınlar, hər bir Azərbaycan vətəndaşının borcudur ki, milli dəyərləri qorusun. Bu isə bəzilərinin bildiyi kimi, populist fikirlər söyləməkdən ibarət deyil. Milli mənafeyi qorumaq həm də iqtisadiyyatı qorumaq, inkişaf etdirmək, bu işə öz töhfəni verməkdən ibarətdir. Bu gün Azərbaycanda vətəndaşlara bütün şərait yaradılıb. Prezident İlham Əliyevin düşünülmüş və məntiqli qərarlarının nəticəsidir ki, Azərbaycan regionun lider, dünyanın isə önəmli dövlətinə çevrilib.

Azərbaycanın rolu və iştirakı olmadan regionda hər hansı layihənin uğur qazanması mümkün deyil. Birinci-vitse prezident Mehriban Əliyeva ortaya çox gözəl örnəklər qoyur. Hesab edirəm ki, hər birimizin qarşısında duran əsas vəzifə öz sahəmizdə peşəkar kimi yetişmək, dövlətimizə daha çox fayda verməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik