CƏMİYYƏT


Şəkinin Turan qəsəbəsində nar bağında fitosanitar monitorinqlər keçirilib

Bakı, 21 oktyabr, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Şəki regional bölməsinin inzibati ərazi vahidinə daxil olan Şəki rayonunun Turan qəsəbəsində yerləşən nar bağında həyata keçirilən monitorinqlər zamanı nar meyvəyeyəni və onun zədəsi, meyvə milçəyi, eyni zamanda meyvə çürüməsi, antraknoz, alternarioz, aspergillioz kimi xəstəliklərə sirayətlənmə aşkar edilib.

Monitorinq zamanı həyata keçirilməsi vacib olan aqrotexniki qulluq qaydaları, bitki mühafizəsi və karantini tədbirləri haqqında bağ sahibinə zəruri göstərişlər verilib. Eyni zamanda, müayinələrin aparılması üçün məhsullardan götürülən nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.