CƏMİYYƏT


Şəkinin Zunud kəndində evdən oğurluq edən iki qadın cinayət başında yaxalanıb

Bakı, 5 yanvar, AZƏRTAC

Şəki şəhərinin Zunud kənd sakini Arif İdrisov Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzi Xidməti ilə əlaqə saxlayaraq, evindən pul və qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib. O, soyğunçuluğu törədən şəxsləri həyətdən çıxmaq istəyərkən tutub saxladığını bildirib.

DİN mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, məlumat aidiyyəti üzrə Şəki Şəhər-Rayon Polis Şöbəsinə göndərilib və polis əməkdaşları dərhal hadisə yerinə baxış keçiriblər.

Aparılan ilkin araşdırmalarla soyğunçuluğu edən şəxslərin Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş Nazdı Mahmudova və Seyran Nadirova olduqları müəyyən edilib. Dilənçilik fəaliyyəti ilə məşğul olan qadınlar evə qanunsuz daxil olaraq 1166 manat pulu və qızıl-zinət əşyalarını götürüb uzaqlaşmaq istəyərkən ev sahibi A.İdrisov tərəfindən yaxalanıb.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.