REGİONLAR


Şəkinin emal məntəqəsi mövsümün ilk günündə fermerlərdən 9,5 ton yaşıl tütün qəbul edib

Şəki, 10 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Bu il Şəki rayonunun təsərrüfatlarında 1061 hektar sahədə tütün əkilib. Şəkili fermerlər cari mövsümdə 721 hektar sahədə “Virciniya” və 19 hektarda “Berley” növlü ətirli, 321 hektar sahədə isə yerli tütün sortları yetişdirirlər. İyulun 10-dan etibarən təsərrüfatlarda “Virciniya” növlü tütünün yığımına başlanılıb. Yığılan yaşıl tütün kütləsi qurudulmaq üçün sahələrdən birbaşa “Azərtütün” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə gətirilir. Emal məntəqəsi mövsümün ilk günündə istehsalçılardan 9,5 ton yaşıl tütün kütləsi qəbul edib.

Müəssisənin rəhbəri Vüqar Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, rayon üzrə məntəqəyə ilk olaraq Baş Göynük kəndindən fermer Kazım Abdullayev qurutmaq üçün 1,8 ton yaşıl tütün gətirib. Cumakənddən fermer Cəlal İmanov mövsümün ilk günündə məntəqəyə 1,4 ton, Baltalı kənd sakini Mustafa Zahirov isə 1,3 ton yaşıl tütün təhvil verib.

Məntəqədəki 56 tütünqurutma kamerasının hamısı mövsümə tam hazır vəziyyətdədir. Bundan əlavə, artan tələbatı nəzərə alaraq, hazırda məntəqənin ərazisində daha 30 tütünqurutma kamerası quraşdırılır. Onların iyulun sonunadək işlək vəziyyətə gətirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.